Bakıda kafedən oğurluq etmiş şəxs tutulub. Lent.az-ın məlumatına görə, N.Tusi küçəsindəki “Bizim Ailə” kafesindən 300 manat və spirtli içkiləri oğurlamış şəxsin Xəzər rayon sakini, 1988-ci il təvəllüdlü İvanov Maksim Yuriyeviç olması məlum olub. O, tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.