Bu gün Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihara cəhd edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Müəyyən olunub ki, vətəndaş özünü çoxmərtəbəli yaşayış binasının eyvanından ataraq intihar etmək istəyir. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla danışıqlar aparıb və yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar. Xilasetmə əməliyyatı saat 13:00-da başa çatıb.