Bakıda iki nəfəri maşınla vurub qaçdılar
10 noyabr 2015 13:08 (UTC +04:00)

Bakıda iki nəfəri maşınla vurub qaçdılar

0

Bakıda naməlum avtomobil qadını vurub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 8-də saat 18 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Şamama Mehdiyeva vurulub. Ş.Mehdiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Oxşar hadisə Xətai rayonunun N.Tusi küçəsində də baş verib. Noyabrın 8-də saat 22 radələrində Xətai rayonunun N.Tusi küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən paytaxt sakini Sahib Nəbiyev vurulub. S.Nəbiyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar