Bakıda Hindistan vətəndaşının qatili müəyyənləşdi - APA TV
11 mart 2013 14:23 (UTC +04:00)

Bakıda Hindistan vətəndaşının qatili müəyyənləşdi - APA TV

Bakıda Hindistan vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən şəxsin kimliyi müəyyənləşib.


 

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən APA TV-yə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin Pakistan vətəndaşı Ali Abid olduğu müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Qeyd edək ki, martın 9-u Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirilib. Belə ki, həmin ünvana gələn mərhumun qeyri rəsmi münasibətlərdə olduğu qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2128
avatar

Oxşar yazılar