Bakıda həbsxana feldşeri cinayət başında yaxalandı
29 may 2014 17:31 (UTC +04:00)

Bakıda həbsxana feldşeri cinayət başında yaxalandı

Bakı İstintaq təcridxanasına qadağan olunmuş həblərin keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakı İstintaq təcridxanasının Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Sultanov müəssisəyə qadağan olunmuş həbləri keçirməyə cəhd edib.

 

Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində N.Sultanovun üzərindən 400 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1954
avatar

Oxşar yazılar