<b>Bakıda həbs edilən erməniyə<span style="color:red;"> 8 İL HƏBS CƏZASI </b>
28 aprel 2017 17:22 (UTC +04:00)

Bakıda həbs edilən erməniyə 8 İL HƏBS CƏZASI

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra, erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov Bakıda yalnız erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.

 

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə) maddəsi ilə ittihamı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Səlcuq Elçin

Oxşar yazılar