<span style="color:red;"> Bakıda işgəncə ilə öldürülən şəxs sahibkar imiş - <span style="color:red;">YENİLƏNİB 2
08 yanvar 2016 11:02 (UTC +04:00)

Bakıda işgəncə ilə öldürülən şəxs sahibkar imiş - YENİLƏNİB 2

Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, R.Rüstəmov küçəsi bina 4, mənzil 46 ünvanında xüsusi amansızlıqla qətlə yetirilmiş 1982-ci il təvəllüdlü Abbasov Fərid Vahid oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Dünən meyiti tapılarkən F.Abbasovun əl və ayaqları bağlı olub. Onun üzərində döyülməyə xas olan çoxsaylı xəsarətlər aşkarlanıb. Xəsarətlər o qədər ağır olub ki, iş adamının bədəninin müxtəlif nahiyələrindən qan açılıb.

 

O da məlum olub ki, F.Abbasov hadisənin baş verdiyi mənzildə yaşayırmış.

 

Hazırda dəhşətli qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır. 

 

*****

 

17:07

 

Bu gün Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 4 mənzil, 46 ünvanında işgəncə ilə qətlə yetirilmiş meyiti tapılan gənc oğlanın şəxsiyyəti müəyyənləşdirilib. Lent.az-ın məlumatına görə, üzərində çoxsaylı xəsarətlər olan meyitin Abbasov Fərid Vahid oğluna məxsus olması məlum olub.

 

Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

*****

 

16:02

 

Bakıda daha bir qətl törədilib. Lent.az-ın məlumatına görə, Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yerləşən mənzillərdən birində işgəncə ilə öldürülmüş gənc oğlanın meyiti tapılıb.

 

Hadisə yerinə ərazi üzrə 24-cü Polis Bölməsinin və Polis İdarəsinin, eləcə də Nizami rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.

 

Qətlin hansı şəraitdə törədilməsi məlum deyil. Öldürülən şəxsin kimliyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Nizam Rza

Oxşar yazılar