Fevralın 1-də Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, intihar etmiş 27 yaşlı Emin Vəliyev taksi sürücüsü işləyirmiş. O, uzun illər imiş, bir qızı sevirmiş və həmin qızla evlənməyə çalışırmış. Lakin qızın valideynləri bu izdivaca qarşı çıxıb. E.Vəliyevin sevdiyi xanım bir neçə gün əvvəl ona münasibətlərini daha davam etdirə bilməyəcəklərini deyib. Taksi sürücüsü bundan sonra çox məyus olub və dünən maşınının təhlükəsizlik kəməri ilə özünü asaraq intihar edib.
****
02 fevral saat 10:17
Fevralın 1-də Bakı şəhərinin Nərimanov rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, M.Məmmədov küçəsi, ev 17 B ünvanında orada yaşayan 1986-cı il təvəllüdlü Vəliyev Emin Vəli oğlu özünü öldürüb. 27 yaşlı oğlan özünü yaşadığı evin həyətindəki su çəninin dəmir borusundan avtomobilin təhlükəsizlik kəməri ilə asıb. Yaxınları onun asılı vəziyyətdə olan meyitini aşkarlayıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.