Bakıda törədilən qətlin üstü açılıb - YENİLƏNİB
28 iyul 2015 13:13 (UTC +04:00)

Bakıda törədilən qətlin üstü açılıb - YENİLƏNİB

Bakıda törədilmiş qətl hadisəsinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Əyyar Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Xəyal Şabanov tutulub.

 

 

*****

 

27 iyul 11:54

 

Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, iyulun 26-da gecə saatlarında 1991-ci ildə Lerikdə anadan olmuş Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilir ki, Ə.Ağayev Hövsan qəsəbəsi Südçülük massivində bıçaqlanıb. Hadisənin hansı şəraitdə, kim tərəfindən törədilməsi isə hələlik dəqiqləşməyib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Nizam Rza

Oxşar yazılar