Bakıda evdən 58 min manat pul oğurlayan şəxs yaxalanıb.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də paytaxtın Nizami rayon sakini Elsevər Abutalıbovun yaşadığı evdən 58000 manat oğurlamış Babək rayon sakinləri Emin Qafarov və Nicat Mirzəliyev tutulublar.