Bakıda ev yandı: 41 yaşlı kişi öldü
01 mart 2013 09:59 (UTC +04:00)

Bakıda ev yandı: 41 yaşlı kişi öldü

 

Bakının Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də Bakı şəhəri, Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Davud Həsən oğlu Babayevə məxsus, ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı hadisə yerində ev sahibinin cəsədi aşkarlanıb. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar