Bakıda dəmir sexində yanğın baş verib.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın bu gün saat 11.26-da Keşlə qəsəbəsində yerləşən dəmir sexində qeydə alınıb.
Ümumi sahəsi 500 kv.m olan dəmir sexi 12 kv. m ərazidə yanıb. Yanğın nəticəsində sexdə işləyən Rövşən Sahilov və əmisinin oğlu Haqverdi Sahilov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.