Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilir
02 iyun 2014 11:32 (UTC +04:00)

Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilir

Bakıda “AzərTAc”ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilir.

 

APA-nın xəbərinə görə, iclas 2016-cı ildə “AzərTAc”ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil edilib.

 

İclasda çıxış edən “AzərTAc”ın baş direktoru Aslan Aslanov bildirib ki, şuranın nizamnaməsinə əsasən Dünya Xəbər Agentliklərinin konqresləri arasındakı müddətdə onun ən azı iki iclası keçirilib. O qeyd edib ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda olacaq və həmin tədbirdə bu nüfuzlu quruma sədrlik “AzərTAc”a keçəcək: “2016-cı ildə V Konqresə Azərbaycanın ev sahibliyi və 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə “AzərTAc”ın sədrlik etməsi haqqında qərar ötən il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin iştirak etdikləri IV Konqresdə qəbul olunub. Belə bir tədbirin Bakıda keçirilməsi böyük məsuliyyət tələb edir. Amma sizi əmin edirik ki, bu işin öhdəsindən və bunun üçün hər bir imkanımız var. Bugünkü iclasda isə növbəti konqresin keçiriləcəyi vaxt, iştirakçıların tərkibi, tematik çərçivələr, məruzəçilər və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri yer alıb və bu istiqamətdə müzakirələr aparılacaq”.

 

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi 2004-cü ildə Moskvada təsis edilib. İkinci Konqres 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres, dördüncüsü isə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərlərində keçirilib. Dünyanın müxtəlif ölkələrindən xəbər agentliklərinin daxil olduğu bu beynəlxalq qurumun əsas məqsədi sürətlə inkişaf edən qlobal media bazarında üzv agentliklərin rolunu təkmilləşdirmək və möhkəmləndirməkdir. Konqresin məqsədi qərəzsiz xəbər çatdırılmasını təmin etmək, mətbuat azadlığı prinsipini dəstəkləmək və xəbər anlayışına töhfə verməkdən ibarətdir. Xəbər agentliklərini və onların inkişafını dəstəkləmək, media biznesində qabaqcıl təcrübəni bölüşmək, rəqəmsallaşma, sosial media və alternativ biznes modellərini təkmilləşdirmək konqresin diqqət mərkəzində duran əsas məsələlərdəndir.

 

Qeyd edək ki, Bakıda keçirilən iclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri - Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Piter Kropş, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Böyük Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, Argentinanın TELAM Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj, Koreya Respublikasının Yonhap Agentliyinin biznes və beynəlxalq məsələlər üzrə müdiri Oh Jae-seok və başqaları iştirak ediblər. İclas qapalı şəraitdə davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar

Şəkidə AĞIR QƏZA:   yaralılar var

Şəkidə AĞIR QƏZA: yaralılar var

10 may 2025 , 17:17
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

10 may 2025 , 16:42
Azərbaycanlı məmur 40 milyon  verib HƏBSDƏN ÇIXDI

Azərbaycanlı məmur 40 milyon verib HƏBSDƏN ÇIXDI

10 may 2025 , 16:05
Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

10 may 2025 , 14:04
Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56