Bakıda döyüş sursatı aşkar edilib
30 yanvar 2015 16:03 (UTC +04:00)

Bakıda döyüş sursatı aşkar edilib

0

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda döyüş sursatı aşkarlanıb

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilərək aşkarlanmış sursata baxış keçiriblər. İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər.

 

Əməliyyat saat 14:07-də başa çatıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 207

Oxşar yazılar