Mart ayında Xəti rayonu Naximov küçəsində yerləşən evdə baş vermiş yanğın hadisəsi zamanı ağır xəsarət almış qadın vəfat edib. Lent.az-ın məlumatına görə, müxtəlif dərəcəli yanıq xəsarətləri alın 1967-ci il təvəllüdlü Mehdiyeva Mədinə Cümşüd qızı Respublika Yanıq Mərkəzində həkimlərin səyinə baxmayaraq keçinib.
Bildirilir ki, yanğından sonra xəstəxanaya gətirilən qadının adı əvvəlcə Süsən Mehdiyava kimi qeyd edilsə də, sonrakı dəqiqləşdirmələrdən sonra onun adının Mədinə olduğu üzə çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.