Bakıda dəhşətli qəza: 2 nəfər maşında yandı - <span style="color:red;">YENİLƏNİB
03 avqust 2015 10:33 (UTC +04:00)

Bakıda dəhşətli qəza: 2 nəfər maşında yandı - YENİLƏNİB

0
Bakının Sabunçu rayonunda baş vermiş dəhşətli qəzada ölənlərin sayı 2-yə çatıb. Lent.az-ın məlumatına görə, Bilgəh-Nardaran yolunda "Land Rover"in "Zaporojets"ə çırpılması nəticəsində ağır xəsarət alan 2004-cü il təvəllüdlü Hüseynli Hüseyn Vyaçeslav oğlunun həyatını xilas etmək mümkün olmayıb. Ağır yanıq xəsarətləri alan 11 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib.
 
H.Hüseynlinin digər azyaşlı bacıları Xədicə və Zəhra Hüseynlilərin müalicəsi davam etdirilir. Bundan başqa Ziya Zahidov və Q.İsmayılov adlı iki nəfər də məlum qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, dəhşətli qəza nəticəsində "Zaparojets"in sürücüsü, 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Baba oğlu hadisə yerində yanaraq dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi açılıb.
 
 
 
 
 
*****
 
 
01:26
 
 
Bakının Sabunçu rayonunda avqustun 2-də bir neçə avtomobil toqquşub, nəticədə yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində “Zaparojets” markalı avtomobil deformasiyaya uğrayıb və yanıb.

 

Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində ölüb.

 

Xilasedicilər A. Hüseynovun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar