Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, bir nəfər yaralanıb
04 iyun 2014 02:47 (UTC +04:00)

Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, bir nəfər yaralanıb

0

APA-nın məlumatına görə, Zığ qəsəbəsi yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

 

 Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb.

 

“Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardılaraq, hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4485

Oxşar yazılar