Bakı şəhərinin Səbail rayonunda törədilmiş dəhşətli qətlin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Badamdar qəsəbəsi ərazisində qətlə yetirilmiş 42 yaşlı Əşrəfov Natiq Babək oğlu Dağüstü parkda, Şəhidlər Xiyabanı yaxınlığındakı yay kafesinin mühafizəçisi olub.
Avqustun 14-nə keçən gecə, Kəlbəcər rayonundan məcburi köçkün və Qarabağ əlili olan N.Əşrəfov tanışı, 1988-ci il təvəllüdlü Əsgərov Babək Bayram oğlu ilə kafedə yeyib-içiblər. Hər iki şəxs bir qədər sərxoş olduqdan sonra mübahisə etməyə başlayıblar. Mübahisə getdikcə münaqişəyə çevrilib və B.Əsgərov bıçaqla Qarabağ əlilinin boğazını kəsib. N.Əşrəfov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
*****
14 avqust. 12:42
Bakı şəhərinin Səbail rayonunda dəhşətli qətl hadisəsi törədilib.Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonun Badamdar qəsəbəsi ərazisində Bakı şəhər sakini Natiq Əşrəfov boğaz nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.