Binəqədi rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, DSK 2 adlanan yaşayış massivində 1959-cu il təvəllüdlü Xudiyev Natiq Bəhlul oğlu özünü güllələyərək intihar edib. N.Xudiyev odlu silahla baş nahiyəsinə atış açıb və hadisə yerindəcə keçinib.
55 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.