42 yaşlı kişi özünü yandırıb
Bakı şəhərinin Binəqədi rayonu ərazisində 42 yaşlı kişi özünü yandırıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Binəqədi şosesi, döngə 2 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Əliyev Sərvər Ələmdar oğlu üstünə benzin tökərək özünə od vurub. O ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.
S.Əliyevin vəziyyətinin kritik olduğu bildirilir.
Faktla əlaqədar araşdırmalar başlanılıb.