Bakıda 2 yaşlı qızın ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, hadisə baş verən gün, yəni mayın 12-də 2 yaşlı Məmmədova Yəsrubə Tofiq qızının anası xəstəxanaya aparılıb. Səbəb isə hamilə qadının övladını dünyaya gətirməsi olub. Buna görə də azyaşlı qız evdə baxımsız qalıb və o, yola dəmiryolu xəttinin üstünə çıxıb. Burada isə Bakı-Gəncə qatarı 2 yaşlı qızın üstündən keçib.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
*****
09:35
Mayın 12-də Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində Dövlət Dəmiryolları İdarəsinin Keşlə-Bakı dəmir yolu xəttində Bakı-Gəncə qatarı azyaşlı qızı vurub. Hadisə zamanı 601 saylı sərnişin qatarı 2011-ci il təvəllüdlü Məmmədova Yəsrubə Tofiq qızını vurub. Qatarın altında qalan azyaşlı qız hadisə yerindəcə keçinib.