Bakıda daha iki qadın intihar edib. Lent.az xəbər verir ki, Yasamal rayon A.Şərifzadə küçəsi 185 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Abutalıbova Rəhimə Məmmədbağır qızı özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub. Onun ruhi-əsəb xəstəsi olduğu bildirilir.
Oxşar hadisə Xəzər rayon Buzovna qəsəbəsində də baş verib. 1965-ci il təvəllüdlü Şıxəliyeva Arifə Əlabbas qızı özünü yaşadığı evdə asıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.