Daxili İşlər Nazirliyi yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 1-də saat 16 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bərdə rayon sakini Ramil Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Təzəgül Əliyevı vurub. Xəstəxanaya yerləşdirilmiş T.Əliyeva orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa dekabrın 2-də saat 03 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Rüfət Əliyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
****
10:18
Yolu keçmək istəyən 2 piyadanı avtomobil vuraraq öldürüb.
Lent.az-ın məlumatına görə, Buzovna-Maştağa yolunda “Mercedes” markalı avtomobil 60 yaşlı qadını vurub öldürüb. Bakı-Şamaxı yolunun 32-ci kilometrliyində isə “Ford Tranzit” markalı mikroavtobus 35-40 yaşlı kişini vurub. Həmin şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.