Mayın 28-də Bakıda çürümüş kişi meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu C.Xəndan küçəsində yerləşən 1 saylı Evtikmə Kombinatının ərazisində 50-55 yaşlı kişiyə məxsus olan çürüməyə məruz qalmış meyit tapılıb.
Ölən şəxsin kimliyi araşdırılır.