Bakıda Britaniya vətəndaşını vurdular
03 dekabr 2013 12:34 (UTC +04:00)

Bakıda Britaniya vətəndaşını vurdular

Dekabrın 3-nə keçən gecə Bakının Səbail rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Böyük Britaniya vətəndaşı, BP şirkətində mühəndis işləyən 32 yaşlı Luis Vinsent tanımadığı şəxsin onu vurduğunu bildirib. 9-cu Polis Bölməsinə müraciət edən şirkət əməkdaşı bildirib ki, saat 00 radələrində Bəşir Səfəroğlu küçəsi 184-ün qarşısında ona tanımadığı şəxs yaxınlaşıb. Həmin şəxs Luis Vinsentdən 1 manat istəyib. Britaniya vətəndaşı isə buna əhəmiyyət verməyib. əcnəbi vətəndaşın hərəkətinə əsəbiləşən naməlum şəxs onun qarşısını kəsib və yumruqla gözünə zərbə endirib. Xuliqanlıq etmiş şəxs hadisə yerindən qaçıb.

 

Hazırda xuliqanlıq faktı ilə bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048
avatar

Nizam Rza

Oxşar yazılar