Bakıda bir gecədə iki piyada vuruldu
01 sentyabr 2015 03:06 (UTC +04:00)

Bakıda bir gecədə iki piyada vuruldu

Bu gecə Bakının Nizami rayonunda iki piyada vurulub.

 

APA-nın məlumatına görə, yaralılardan birinin vəziyyəti xüsusilə ağırdır.

 

İlk hadisə Çobanzadə küçəsində baş verib. 61 yaşlı Mahmudov Əli İsgəndər oğlu yolu keçmək istəyərkən naməlum avtomobillə vurulub. Hadisəni törədən sürücü yaşlı kişini yaralı vəziyyətdə qoyaraq, hadisə yerini tərk edib. Əli Mahmudov təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb.  Dərhal əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb. O, artıq palataya köçürülüb, müalicəsi davam etdirilir.

 

Digər hadisə isə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb. Təcili tibbi yardım stansiyasına avtomobillə vurulmuş piyadanın vəziyyətinin ağır olması ilə bağlı çağırış daxil olub. Təcili tibbi yardın briqadası hələlik şəxsiyyətini dəqiqləşdirməyin mümkün olmadığı yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır, həyati təhlükəsi qalır.

 

Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar