Bakı şəhərinin Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 15.00 radələrində 1974-cü il təvəllüdlü Xəlilov Qurban Əli oğlu «Texnikabank»ın Məhsəti küçəsində yerləşən filialından çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər zorla Q.Xəlilovun əlində olan polietilen paketə bükülmüş 50966 manat pulu alıblar və hadisə yerindən uzaqlaşıblar. Hadisəni törədənlər hadisə yerindən qaçıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Bakıda bankın qarşısında cinayət: 51 min manat apardılar
2136