Bakıda bank əməkdaşı əmanətçinin bir milyona yaxın pulunu oğurladı
29 dekabr 2017 12:52 (UTC +04:00)

Bakıda bank əməkdaşı əmanətçinin bir milyona yaxın pulunu oğurladı

 

Bakıda bankdan əmanətçinin külli miqdarda pulu oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 750 dollar (təxminən 725 min manat) pulu kompüter vasitəsi ilə öz kartına köçürüb nağdlaşdıran bankın texnoloji proseslər şöbəsində baş ekspert işləyən Eldar Vəliyev tutulub.

 

Report xəbər verir ki, oğurluq hadisəsi “Bank of Bakı” bankında qeydə alınıb və bank hadisəni təsdiqləyib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Nizam Rza

Oxşar yazılar