Bakıda piyadanın ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu Nobel prospekti 159 ünvanının qarşısında 1992-ci il təvəllüdlü Novruzov Təbriz Mehman oğlu idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə Türkiyə vətəndaşı, 49 yaşlı Mustafa Ersalehi vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırmalar aparılır.