Bakıda Koroğlu metrostansiyasından Dərnəgülə gedən yolda sərnişin avtobusu divara çırpılıb.
Lent.az-ın məlumatına görə, qəza zamanı avtobusda çoxlu sayda sərnişin olub. Hazırda təcili tibbi yardım briqadaları hadisə yerində işləyir. İlkin məlumata görə, xəsarət alanlar var.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan iki nəfər Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rəhimov Eyvaz Rəşid oğlu və 1943-cü il təvəllüdlü Nəbiyeva Mələk Əhməd qızı xəsarət alıb. Eyvaz Rəhimov çiyin sınığı, Mələk Nəbiyeva dizindən travma ilə xəstəxanaya gətirilib. Hər iki xəstə ilkin yardım aldıqdan sonra evə buraxılıb.