"Radiozavod"da partlayış: ölən və yaralanan yoxdur - <span style="color:red;">YENİLƏNİB-3
06 fevral 2018 22:40 (UTC +04:00)

"Radiozavod"da partlayış: ölən və yaralanan yoxdur - YENİLƏNİB-3

Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

 

***** 20.57

 

Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə  APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  

 

***** 20.15

 

Bakıda Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu ərazisində partlayış baş verib.  

 

APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.

 

Hadisə zavodun ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.

 

Partlayış səsi ətraf ərazilərdən eşidilib.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.   

 
 
**** 19.40
 
 
Bakının Xətai rayonunda zavodda yanğın olub.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, "Radiozavod" kimi tanınan "Radioquraşdırma" İstehsalat Birliyinin binasında yanğın qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar