Bakıda “Qırmızı Aypara” cəmiyyətinin xeyriyyə qutusunu taladılar
23 yanvar 2018 15:59 (UTC +04:00)

Bakıda “Qırmızı Aypara” cəmiyyətinin xeyriyyə qutusunu taladılar

 

Bakıda oğurluq etmiş şəxs tutulub. Lent.az xəbər verir ki, dünən saat 18:50 radələrində naməlum şəxs Mərkəzi Univermaqda quraşdırılmış “Qırmızı Aypara” Cəmiyyətinə məxsus xeyriyyə qutusunun plomblarını qırıb. Polis əməkdaşları qutunun içərisində olan pulları oğurlayıb qaçan 1983-cü il təvəllüdlü Əsgərov Xeyrulla İbadulla oğlunu ərazidən uzaqlaşarkən yaxalayıb.

 

Faktla bağlı 9-cu PB-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Nizam Rza

Oxşar yazılar