Bakıda “ANS”-in keçmiş işçisini döydülər
19 aprel 2014 11:14 (UTC +04:00)

Bakıda “ANS”-in keçmiş işçisini döydülər

Bakıda taksi sürücüsü xuliqanlıqla üzləşib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu Polis İdarəsi, 28-ci Polis Bölməsinə müraciət edən Şahsuvarlı Kaziman Elçin oğlu Şərifzadə küçəsində tanımadığı bir neçə nəfərin hücumuna məruz qaldığını bildirib. 27 yaşlı K.Şahsuvarlı bildirib ki, taksi sürücüsüdür və dünən günorta saatlarında 3 nəfər şəxs ona yaxınlaşaraq tanımadığı şəxsin adını soruşub. Həmin şəxslərin sualına cavab tapa bilməyən sürücü daha sonra hücuma məruz qalıb.

 

Qeyd edək ki, K.Şahsuvarlı xeyli müddət ANS şirkətlər qrupunda mühafizəçi kimi işləyib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Nizam Rza

Oxşar yazılar