Bakıda ahıl qadın intihar edib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini, 1934-cü il təvəllüdlü Əlibəyova Tamara Mirzəbala qızı yaşadığı evdə çoxlu həb içərək həyatına qəsd edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Burada məlum olub ki, qadın komadadır və onun vəziyyəti kritikdir.
Faktla bağlı araşdırma aparılır.