Bakıda oğulun anasını öldürməsi hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsində yaşayan 86 yaşlı Lidiya Avşarova xeyli vaxtdır, yataq xəstəsi imiş. Gözlərinə qara su gələn ahıl qadının 10 ilə yaxındır ki, gözləri tutulub və ailə üzvləri onun qayğısına qalırmış.
Anasının tez-tez onu çağırıb saatı soruşmasından, yemək-su istəməsindən bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, anasını təpikləyib öldürən oğul artıq həbs edilib.
***
26 aprel
Bakıda daha bir qətl törədilib. Lent.az-ın məlumatına görə, aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Bildirilir ki, hadisə vaxtı İ.Avşarov sərxoş vəziyyətdə olub.
Araşdırma aparılır.