Bakıda 51 yaşlı kişi sevgilisini öldürdü
26 oktyabr 2016 11:45 (UTC +04:00)

Bakıda 51 yaşlı kişi sevgilisini öldürdü

0

 

Bakıda daha bir qətl törədilib. Lent.az-ın məlumatına görə, dünən Suraxanı rayon Südçülük sovxozu ərazisində, çöllük sahədən naməlum qadın meyiti tapılıb. İlkin araşdırmalardan sonra qətlə yetirilmiş qadının 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızı olduğu müəyyən edilib.

 

Məlum olub ki, onu qeyri-rəsmi nikahda yaşadığı Ağayev Azər Şirməmməd oğlu öldürüb. A.Ağayev hadisə yerindən qaçmaq istəyərkən özünə məxsus avtomobillə qəza törədib və xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar