Bakıda intihar hadisəsi baş verib.
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 51 yaşlı Qəhrəman Qafarov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.