Bakıda 4 oğlan oxuduğu məktəbi taladı
17 dekabr 2012 11:53 (UTC +04:00)

Bakıda 4 oğlan oxuduğu məktəbi taladı

Dekabrın 14-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində orta məktəbdən oğurluq etmiş 4 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, monitor və printer oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov dekabrın 16-da tutulub.

 

Məlumata görə, saxlanılan şəxslər həmin məktəbin şagirdləri olub və bu il həmin məktəbdən məzun olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar