<b>Bakıda şirkətə məxsus 4 avtomobil yandı - <span style="color:red;">YENİLƏNİB </b>
22 fevral 2017 17:33 (UTC +04:00)

Bakıda şirkətə məxsus 4 avtomobil yandı - YENİLƏNİB

0

Bakının Binəqədi rayonunda istifadəyə yararsız olan 4 ədəd “PEUGEOT” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə şahidləri Lent.az-a bildiriblər ki, yanğın Baksol yolunda "Fortuna" şirkətinə məxsus dayanacaqda baş verib. Yanan avtomobillər 2003-cü il buraxılışı olub və bir müddət imiş ki, dayanacağa yerləşdirilibmiş.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar