Bakıda 49 yaşlı kişinin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısının kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən 1966-cı il təvəllüdlü Cəfərov Ramiz Xasay oğlunun vəfat etdiyi müəyyən olunub. R.Cəfərovun cəsədi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.