Bakıda 46 yaşlı kişi bıçaqlanaraq öldürüldü
28 fevral 2015 06:49 (UTC +04:00)

Bakıda 46 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Ötən gecə paytaxtda qətl hadisəsi qeydə alınıb.

 

APA-nın məlumatına görə, 46 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Arzu Rzayev küçəsi ev 10, mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında yaralı halda görüblər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanada məlum olub ki, İlham Feyzuli naməlum şəxs tərəfindən daxili nüfuz edən 4 bıçaq zərbəsi alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq  çoxlu qan itirən yaralı dünyasını dəyişib.

 

Qətli törədən şəxsə  gəlincə Suraxanı Rayon Polis İdarəsi onun kimliyini araşdırır. Qatilin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

# 119
avatar

Oxşar yazılar