Dünən Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Sulutəpə qəsəbəsindəki fərdi yaşayış evində özünü asaraq intihar edən 41 yaşlı Nahid Quliyev usta olub. Ailəli, 3 uşaq atası olan Nahidin son vaxtlar həyat yoldaşı ilə problemlər yaşadığı bildirilir.
Yaxınlarının dediklərinə görə, son günlərdə N.Quliyevlə həyat yoldaşı arasında narazılıq daha da artıb və qadın həyat yoldaşından boşanmaq istədiyini deyib. 41 yaşlı kişi isə ondan ayrılmaq istəmədiyini, ailəsinin dağılmasına imkan verməyəcəyini deyib.
Dünən səhər saatlarında isə böyük oğlu atasının evdə özünü asdığını görüb və anasını çağırıb. Lakin artıq gec olub və 41 yaşlı Nahidə kömək etmək mümkün olmayıb.
**
11:10
Bakıda 41 yaşlı kişi özünü asıb. Lent.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Hadisə oktyabrın 25-də səhər saat 10 radələrində rayonun Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Nahid Qənimət oğlu Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yaşadığı evdə özünü asaraq öldürüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.