Bakıda 3 nəfər intihar edib. Lent.az-ın məlumatına görə, Binəqədi rayon Goradil bağ massivindəki nömrəsiz evdə yaşayan 1982-ci il təvəllüdlü Məmmədova Aynurə İzzət qızı özünü həyətdəki talvardan kapron iplə asaraq intihar edib. Binəqədi qəsəbə sakini, 1957-ci il təvəllüdlü Məmmədov Səlimxan Əliyar oğlu isə özünü yaşadığı mənzildə asıb.
Oxşar hadisə Nizami rayonunda da baş verib. Keşlə qəsəbə sakini, 1946-cı il təvəllüdlü Ağacanov Akif Abdulla oğlu özünü yaşadığı evdə asıb.
A.Məmmədova və A.Ağacanovun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.