Bakıda polis tərəfindən saxlanılmış şəxsin bir neçə cinayətə bulaşdığı məlum olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Nəcəfovdan 4 qramdan artıq tiryək aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, Əli və Ruslan adlı şəxslərlə birlikdə aprelin 22-də A.Mustafayev küçəsində Anar Xəlilovun idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomobili qaçırmışlar. Həmçinin həmin şəxslər aprelin 27-də S.Axundov küçəsində yerləşən «Asiman» firmasına məxsus «BMV» markalı avtomobili 150 manat müqabilində bir günlük icarəyə götürərək qaytarmayıblar.
Araşdırmalar davam etdirilir.