Bakıda intihar etmək istəyən şəxs xilas edilib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, özünün yaşadığı binanın eyvanından atmaq istəyən Amil Vəzirov Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşlarının birgə apardıqları tədbirlər nəticəsində fikrindən daşındırılıb.
Polisdən A. Vəzirovun ruhi xəstə olduğu bildirilib.
13:21
Bakıda 35 yaşlı kişi intihar məqsədi özünü çoxmərtəbəli binadan atmaq istəyir. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21, mənzil-95 də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Amil Vəzirov özünü 9-cu mərtəbənin eyvanından atmağa cəhd edir.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları A. Vəzirovu binadan düşürməsi istiqamətində iş aparır.