Bakıda 32 yaşlı kişi yıxılaraq ağır xəsarət alıb
31 avqust 2019 20:51 (UTC +04:00)

Bakıda 32 yaşlı kişi yıxılaraq ağır xəsarət alıb

0
 
 
Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
 
APA-nın verdiyi xəbərə görə, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.
 
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
 
İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1047

Oxşar yazılar