Bakıda 31 yaşlı qadın və 43 yaşlı kişi küçədə ölüb
26 dekabr 2012 11:26 (UTC +04:00)

Bakıda 31 yaşlı qadın və 43 yaşlı kişi küçədə ölüb

Bakı şəhərinin Səbail rayonu ərazisində gənc qadın küçədə ölüb. Lent.az-ın məlumatına görə, Qurban Abbasov küçəsi 14 ünvanının qarşısından (Bayıl Market) 1981-ci il təvəllüdlü  Kirilova Nadejda Nikolayevna ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. 31 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

 

T.Əliyarbəyov küçəsində isə 1969-cu il təvəllüdlü Məmmədov Saleh Əyyub oğlu yeridiyi zaman yıxılıb. Bir neçə dəqiqə sonra onun öldüyü məlum olub. S.Məmmədovun ürək tutmasından keçindiyi bildirilir.

 

Qeyd edək ki, son vaxtlar erkən ölüm hadisələrinin sayı kəskin artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526

Oxşar yazılar