Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə barəsində cinayət işi olan və Bakı İstintaq Təcridxanasında saxlanılan 1983-cü il təvəllüdlü Dadaşov Ruslan Hüseynağa oğlu müalicə müəssisəsinə köçürülüb. Ona qara ciyərin serriozu, kəskin anemiya və digər analizlər qoyulub. Həkimlərin səyinə baxmayaraq 30 yaşlı məhbusun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Dadaşov əvvəllər də məhkumluq həyatı yaşayıb. Bu dəfə o istintaq nəzarəti altında saxlanılırmış.