Bakıda 2 nəfər bıçaqlanıb
16 aprel 2013 12:13 (UTC +04:00)

Bakıda 2 nəfər bıçaqlanıb

Aprelin 15-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 03:00 radələrində A.Gəraybəyli küçəsində Bakı şəhər sakini Ramiz Süleymanov mübahisə zəminində qohumu Qoxmaz Abdullayevə bıçaq xəsarəti yetirib. O, Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

 

Oxşar hadisə Pirallahı qəsəbəsində də qeydə alınıb. Aprelin 14-ü saat 22:10 radələrində Pirallahı qəsəbəsində yaşayan Oleq İqnatkin döş qəfəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Əlimirzə Ağamirzəyev aprelin 15-də yaxalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Oxşar yazılar