Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, yanvarın 23-də Suraxanı rayonu Əmircan qəsəbəsi Hasil Bayramov küçəsində yerləşən mənzildə 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlu keçmiş həyat yoldaşı 1992-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızını boğaraq öldürüb.
R.Babayev könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.